Samsung yeni problemlə qarşılaşıb

03 Yanvar, 2017 10:14 | Həyat Tərzi | Baxış sayı: 70
Galaxy S7 - də arxa kameranın çatlaması
Galaxy S7 - də arxa kameranın çatlaması

İstifadəçilər Galaxy S7 telefonlarının arxa kamerasının durduğu yerdə çatladığını iddia edir

Bəzi istifadəçilər Galaxy S7 telefonlarının arxa kamerasının durduğu yerdə çatladığını iddia edir.

Ötən il Samsung Galaxy Note 7 ilə bağlı ciddi problemlər yaşadı. Amma Samsung-un tək problemi bu deyil. İndi də şirkət yeni iddia ilə qarşı-qarşıya qalıb. İstifadəçilərin bir qismi Galaxy S7 telefonlarının arxa kamerasının öz-özünə çatladığını bildirib.

Apple və Samsung kimi böyük telefon istehsalçıları bəzi hallarda belə problemlərlə qarşılaşırlar. Amma bu problem Galaxy Note 7 kimi qlobal xarakter daşıdıqda, onda cihazları geri çağırmaqdan başqa çarə qalmır.

Galaxy S7 - nin arxa kamerası
Galaxy S7 - nin arxa kamerası

Galaxy S7 telefonunun kamerasının çatlaması xəbərinə Samsung münasibət bildirib. Şirkət bu iddialara cavab olaraq, istifadənin düzgün həyata keçirilməməsindən irəli gəldiyini bildirib.