Android istifadəçilərinə pis xəbər

03 Yanvar, 2017 20:02 | Həyat Tərzi | Baxış sayı: 128
Android istifadəçilərinə pis xəbər
Android istifadəçilərinə pis xəbər

Milyonlarca Android istifadəçisi Telegram mesajlaşma xidmətindən məhrum oldu

Telegram tətbiqi ölkəmizdə bir çox istifadəçilər tərəfindən geniş istifadə olunan platformalardan biridir. Amma artıq bəzi Android istifadəçiləri bu mesajlaşma vasitəsindən istifadə edə bilməyəcək. 

Telegram öz dəstəyini Android platforması üzərindən çəkib
Telegram öz dəstəyini Android platforması üzərindən çəkib

İstiPress “Milliyet.com”a istinadən xəbər verir ki, Telegram nümayəndələrinin verdiyi məlumata görə bu platformanın aylıq istifadəçi sayı 100 milyon təşkil edir. Bundan əlavə, hər gün 350.000 yeni istifadəçi tətbiqin istifadəçisinə çevrilir. Platformadan istifadə edən Android istifadəçiləri təqribən 14% təşkil edir. Android 2.2, Android 2.3 və Android 3.0 versiyası isə ümumilikdə 19 milyon 600 min cihazda istifadə olunur.

Telegram nümayəndələri mövzu ilə bağlı hələ ki, rəsmi açıqlama verməyib.