Dünyanın ən uzun dişi

02 Noyabr, 2019 11:19 | Həyat Tərzi | Baxış sayı: 70
Diş həkimi
Diş həkimi

Almaniyada çəkilən dişə görə həkim rekordlar kitabına düşüb

Almaniyada dünyanın ən uzun dişi çıxarılıb. Offenbax şəhərindən olan stomatoloq bu işinə görə Ginnesin rekordlar kitabına adını yazdırıb. Onun çıxardığı dişin uzunluğu 37,2 mm olub. 

Diş ötən ilin sentyabr ayında çəkilib. Maks Lukas adlı həkim isə indi Ginnesin müvafiq sertifikatını da alıb. O bir il ərzində lazımi sənədləri, sübutları toplamaqla məşğul olub. 

"Nəhəng sümüyə görə çənədə şiş əmələ gəlmişdi. Yeganə müalicə yolu dişin dərhal çıxarılması idi. O istənilən an kəskinləşməyə səbəb ola bilərdi". 

Xatırladaq ki, bundan öncə ən uzun diş rekordu Hindistanda qeydə alınmışdı. Bu diş Almaniyadakından 0,5 mm kiçik idi.