Doğulmamış uşaq USM-də "qələbə" nişanı verdi

02 Noyabr, 2019 11:45 | Həyat Tərzi | Baxış sayı: 142
USM müayinəsi
USM müayinəsi

Həkimə gedən hamilə qadına xoş sürpriz

Hələ dünyaya gəlməmiş uşaq qələbə nişanı verdi. Şotlandiyada ultrasəs müayinəsinə gedən hamilə qadın xoş sürprizlə qarşılaşıb.

21 yaşlı Cemma Hyustonun körpəsi qələbə işarəsi olan "V" göstərib. O, barmaqları ilə üzünü örtüb. Bununla da həm həkimləri, həm də valideynlərini heyrətləndirə bilib. 

Qadının sözlərinə görə, ana bətnindəki qızı USM müayinəsindən çox da xoşlanmır. Belə ki, hamiləlik müddətində dəfələrlə müayinədə olsalar da o heç vaxt üzünü göstərməyib. "Bu vaxta kimi onun normal görüntüsü yox idi".