Qadınların kişilərdən üstün olduğu daha bir cəhət

02 Sentyabr, 2019 15:22 | Həyat Tərzi | Baxış sayı: 192
Qadın və kişi
Qadın və kişi

Qadınların yaddaşı kişilərinkindən daha yaxşı inkişaf edib. İsveçdəki Karolin universitetinin alimləri bu qənaətə gəliblər. Bunun üçün 
mütəxəssislər 1973-cü ildən 2003-cü ilə kimi yüz minlərlə insan üzərində eksprementlər aparıblar. 

Nəticədə belə müəyyən edilib ki, qadınların epizodik yaddaşı daha güclüdür. Bunun üçün də onlar həyatlarında baş verən hadisələrin ən xırda detallarını, hər hansı söhbətin təfərrüatlarını daha yaxşı yadda saxlayırlar. Zərif cinsin nümayəndələri üzləri də yadlarında yaxşı saxlaya bilirlər. Sensor yaddaşları da güclü olduğu üçün qoxuları da daha asan ayırd edirlər. 

Kişilərdə isə məkan yadda saxlama hissi qüvvətlidir. Bunun də onlar maşınla getdikləri yolları birinci dəfədən sonra demək olar ki, əzbər bilirlər.

Elm adamları deyirlər ki, epizodik yaddaş yaddaşın ən həssas növlərindəndir. Bunun üçün də yuxusuzluq, stres və yaşlanma ona daha tez təsir edə bilir.