Xərçəngi yaradan səbəb tapıldı

02 Sentyabr, 2017 12:55 | Həyat Tərzi | Baxış sayı: 512
Piylənmə
Piylənmə

Piylənmədən qaçmaq lazımdır

Piylənmə ilə xərçəng xəstəliyi arasında əlaqə var. Amerikalı alimlər son araşdırmalarından sonra bu qənaətə gəliblər. 

İstiPress-in məlumatına görə, onlar xəstə hüceyrələrlə artıq çəkinin arasındakı əlaqəni öyrənməyə illərlə zaman sərf ediblər. Mütəxəssislərin fikrincə, piylər  bu qorxulu xəstəliyin düz 16 növünün yaranmasına gətirib çıxara bilər.

Yuta Universitetinin nəzdnindəki Hantsman adına Xərçəng Araşdırmaları İnstitunundan olan bir qrup elm adamı düşünür ki, piylər xərçəngin inkişlafına daha çox toplandıqları yerdən asılı olaraq müxtəlif cür təsir edə bilər. Yağ hüceyrələri xərçəng hüceyrələrini qidalandırır və bu yolla da şişlər böyüməyə başlayır.