Xərçəngin müalicəsində yeni üsul

02 Avqust, 2019 11:43 | Həyat Tərzi | Baxış sayı: 153
Xərçəng hüceyrəsi
Xərçəng hüceyrəsi

Bir mexanizmi bloklamaq immun sistemini qoruyacaq

ABŞ-da alimlər əsrin ən qorxulu xəstəliyi olan, hər il milyonlarla insanın ölümünə yol açan xərçəngin ən təhlükəli novləri ilə mübarizədə yeni üsul tapıblar. Stenford universitetinin mütəxəssisləri xərçəng şişinin immun sistemini məhv etməsinin qarşısını almağa çalışan yolu aşkarlayıblar. Bu mexanizmi bloklamaqla təhlükəli xəstəliyin müalicəsinə başlamaq olacaq. 

Tədqiqatçıların araşdırmasına görə, əzəzlələrdəki CD24 zülalını bloklamaq immun hüseyrələrinin şişə hücum etməsinə imkan yaradacaq. CD24 "məni yemə" siqanlı kimi funsiya göstərir. Bu isə müdafiə reaksiyasını dayandırırdı. 

Bəlli olub ki, bir çox xərçəng növü CD24 artıqlığına şərait yaradır.