Ramazan ayının 8-ci gününün duası - VİDEO

02 İyun, 2017 22:40 | Həyat Tərzi | Baxış sayı: 398
Ramazan ayının 23-cü gününün duası
Ramazan ayının 23-cü gününün duası

İmsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının səkkizinci günüdür. İstiPress xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 03:13, iftar isə 20:22-dədir.

İmsak duası:

“Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”.

Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!”.

İftar duası:

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi: “İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!”.

Allah orucunuzu qəbul etsin!

Ramazan ayının təqvimi
Ramazan ayının təqvimi