Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər?

02 İyun, 2017 18:50 | Həyat Tərzi | Baxış sayı: 290

Vizasız ən çox hansı ölkə vətəndaşları səyahət edir?

“Henley & Partners” (“Henli və tərəfdaşları”) şirkətinin viza məhdidiyyəti indeksləşdirilməsinə əsasən, Azərbaycan 74-cü yerdədir.

İstiPress xəbər verir ki, indeksləşdirmə BMT-yə üzv 193 ölkə arasında aparılıb.

Ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 ölkəyə vizasız səfər edə bilər.
Məlumata görə, birinci yerdə Almaniyadır. Bu ölkə vətəndaşlarının 176 ölkəyə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç (175 ölkəyə vizasız səyahət), üçüncü yerdə 174 ölkəyə vizasız səyahət etmək imkanı ilə Danimarka, İspaniya, İtaliya, Finlandiya və ABŞ gəlir.

Sonuncu üç yeri Pakistan (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.

Qeyd edək ki, Ermənistan bu siyahıda 78-ci yerdədir və vətəndaşlarının 58 ölkəyə vizasız səfər etmək imkanı var. Mənbə: Report