Daha bir ölkə sellofandan imtina edir

02 May, 2019 15:01 | Həyat Tərzi | Baxış sayı: 79
Ərzaq almaq üçün istifadə olunan sellofan paketlər
Ərzaq almaq üçün istifadə olunan sellofan paketlər

Birdəfəlik qab istifadəsi də qadağan ediləcək

Portuqaliya sellofan paketlərdən və birdəfəlik qablardan imtina edə bilər. Ölkə rəhbərliyi qida üçün təhlükəli olan maddələrdən imtina ilə bağlı yeni qanun layihəsi hazırlayıblar. 

Sənədə əsasən ilk mərhələdə çörək, meyvə, tərəvəzlərin saxlanması üçün olan sellofanlardan imtina nəzərdə tutulub. 

Əgər layihə təsdiq edilərsə mağazalar və supermarketlər təkrar istifadəsi mümkün olmayan, yüngül plastikdən hazırlanan sellofana alternativ axtarmalı olacaqlar. 

Yeni qanunun ölkə ərazisində 2020-ci ildə qüvvəyə minəcəyi gözlənilir.