Azərbaycanda bu qədim adəti çox adam bilmir: bayramdan 13 gün sonra.. - FOTO

02 Aprel, 2017 22:00 | Həyat Tərzi | Baxış sayı: 446
"Səməniatdı" bayramı
"Səməniatdı" bayramı

Ürəyində arzu tutub gələn hər kəs bu inancı ilə niyyətinin qəbul olmasını istəyir

Qubalıların bu adətini çox xoşlayıram. "Səməniatdı" məhz Azərbaycanın bölgələri arasında qədim Qubaya məxsus olan adətdir. Hər il aprelin 2-də-Novruz  bayramından 13 gün sonra axar su gəlib bayramda cücərdilmiş səmənini çaya atmaq adəti  Qubada artıq ,dəqiq bilinmir, uzun-uzun illərdir ki,qeyd olunur. Deyərdim,sadə qubalıların inancından irəli gələn gözəl bir ənənədir. Həmişə iştirak etmişəm. ANS-çi kimi. Bu dəfə isə İstipressçi olaraq isti-isti  məlumat verım bayram səmənilərinin suya atılmasından. Qudyalçayın üstü  yenə  qələbəlikdir.

Ürəyində arzu tutub gələn hər kəs bu inancı ilə niyyətinin qəbul olmasını  istəyir, dua edir. Xaçmazdan gəlmiş Elmira Məmmədova,Qubadan gəlmiş  Gülnarə Əliyeva bu adəti çox bəyəndiklərini,ürəklərdə arzu tutaraq qəbul olması niyyətilə Qudyalçaya səməni atdıqlarını deyirlər. Səməniatdıda bir adət də var,bir ,iki əvvəl suya səməni atıb arzularının çin olmasını istəyənlər arzuları  gerçəkləşdikdə həmin ilin aprelin 2 də  su üzərinə gəlib konfet-şirniyyat paylayırlar. 

Mən də səməni atdım bu gün,bağlı qapılarımız açılsın, işğal altında olan torpaqlarımız azad olunsun deyə.. İki il əvvəl  səməni atdığım şəkli də təqdim edirəm ,bu günkü şəkli də. Qubanın səməni bayramında tanınmış bioloq alim Dilşad Bayramovaya da rast gəldik.O da  ürəyində gözəl bir arzu tutub səmənisini atdı. Dedi ki,birinci dəfədir ki, gəlirəm bu mərasimə, çox xoşuma gəldi. Arzu tutub səməni atdım, çin olsa,2018-in 2 aprelində gətirib konfet paylayacağam.

 Amin,bütün arzularımız çin olsun. Şanlı Qarabağ qələbəsi yaşayaq. Axı,keçən ilin aprelində ordumuzun döyüş əzmini görmüşdük,qələbə xəbəri almışdıq..... Səməniatdı gününüz mübarək, əziz qubalılar, niyyət tutub  bura gələn hər bir soydaşımız.!

İstiPress

Aytəkin ALXASLI