Koronavirus haqqında bunları səhv bilirik

02 Mart, 2020 13:44 | Həyat Tərzi | Baxış sayı: 269
Virus
Virus

Adi qripdən ölənlərin sayı 60 dəfə daha çoxdur

Dünya miqyasında son iki ayda 3 mindən artıq insanaın ölümünə yol açan, bütün dünyanı qorxuya salan koronavirus haqqında nə bilirik? Qulaqdan dolma informasiyalar çoxlarınını səhv addım atmağa sövq edir. Bəs koronavirusla bağlı ən çox doğru bilinən yanlışlar hansılardır?

1.  Koronavirus yeni çıxan ən təhlküəli virusdur - Səhv 

Bu yeni virus deyil. Koronavirus 2003-cü ildə SARS və 2012-ci ildə İordaniya, Sonra Səudiyyə Ərəbistanında görülən MERS  xəstəliyini yaradan virusdur. Koronavirus da təhlükəlidir, amma ona ən qorxulu gözü ilə baxmaq olmaz. 

2. Virusa yoluxanlar ölürlər - Səhv 

Bu hədd zənn edildiyi qədər yüksək deyil. Normal qripdən ölənlərin sayı 60 dəfə daha çoxdur. Koronavirus daha çox immun sistemi zəif insanlara və yaşlılara ziyan vurur. Qorunmaq üçün immuniteti gücləndirmək şərtdir. 

3. Xəstə adamdan uzaq dayanmaq bəsdir - Səhv 

Dünya Səhiyyə Təşkilatı ilkin müraciətində öskürən, asqıran, hərarəti olanlardan azı 1 metr aralı dayanmağı məsləhət bilmişdi. Amma virusun geniş yayılması ilkə bağlı olaraq bu məsafə 3 metrə kimi artıb. Lakin bu da qorunmaq üçün zəmanətli yol deyil. Əsas şərt gigiyena qaydalarına əməl etmək və imunniteti möhkəmləndirməkdir. 

4. Koronavirusdan qorunmaq mümkün deyil - Səhv

Gərəkli tədbirlərin görülməsi bunu mümkün edir. Bunun üçün ilk növbədə yaxın təmasdan çəkinmək, öpüşməmək, qucaqlaşmamaq lazımdır. Əlləri yumaq, gigiyenik vasitələrlə dezinfeksiya etmək çox vacibdir. Burnunuzu və əllərinizi sildiyiniz kağız salfetləri zibilə atın. 

5. Qorunmağın yeganə yolu maskalardır  - Səhv 

Maska və xüsusi geyimlərdən adətən xəstəliyin geniş yayıldığı yerlərdə istifadə edirlər. Gündəlik həyatda belə vasitələr gərək yoxdur. İnsanların çox olduğu yerlərdə isə bəziləri özündəki virusların yayılmaması üçün maska taxa bilər. Bu zaman maska bir dəfə istifadə edilməli və atılmalıdır. 

6. Çindən gələnlər təhlükəlidir - Səhv 

Uzun müddət yolda qalan məhsullarda virusun qalması mümkün deyil. Virus insandan-insana yaxın təmas zamanı keçir. 

7. Bu məhsullar koronavirusdan qoruyur - Səhv

Hazırda hər hansı bir qidanın vidusdan xüsusi qoruyuculuğu olduğunu demək olmaz. Bir məhsul üzərində diqqəti cəmləmək yerinə daha vitaminli qidalar ilə rasionunuzu genişləndirin və immun sistemini möhkəmləndirin.