"Nokia"nın maraqla gözlənilən möhtəşəm telefonu (VİDEO)

02 Fevral, 2017 06:06 | Həyat Tərzi | Baxış sayı: 406
Nokia P1
Nokia P1

Yeni cihazın dizayn detalları ortaya çıxıb

"Nokia"nın Mobil Dünya Konqresində təqdim edəcəyi üst səviyyə smartfonu olan "Nokia P1"ə aid dizayn detalları ortaya çıxıb.

"Nokia"nın HMD Global dəstəyi ilə 2017-ci ildə geri dönüş addımı çox sürətlə davam edir. "Nokia 6" ilə rəsmi bir giriş edən şirkət, əsl şousunu Mobil Dünya Konqresinə saxlayır. "Nokia P1" model adı ilə gələcək olan yeni cihazı texniki parametrləri baxımından kifayət qədər güclü olacaqkən eyni zamanda dizayn baxımından da göz oxşayacaq.

Gözləntilərə görə 5.3 düyümlük 2K keyfiyyətində IGZO panelə sahib olacaq olan "Nokia P1", "Qualcomm Snapdragon 835" və "Adreno 540"-dan gücünü alacaq. 

Bu təchizat detallarından başqa dizaynını da konsept olaraq ortaya çıxardan bir videoya görə "Nokia P1", güclü bir telefon olmaqla yanaşı olduqca gözəl və göz oxşayan bir dizayna da sahib olacaq.

Sözügedən konsepti aşağıdakı videodan izləyə bilərsiniz.

Noki P1- in görüntüsü