Səyahət üçün ən təhlükəsiz yer

02 Yanvar, 2017 08:55 | Həyat Tərzi | Baxış sayı: 57
2017 səyahət xəritəsi
2017 səyahət xəritəsi

Turistlər ən çox nədən qorxur?

Bu il səyahət üçün ən təhlükəli və ən münasib ölkələrin xəritəsi tərtib edilib. İstiPress-in xəbərinə görə, xəritəni hər il olduğu kimi bu il də "International SOS” və “Control Risks” şirkətlərinin analitikləri hazırlayırlar.

“National Geographic” yazır ki, sorğuya əsasən, turistlər ən qorxduqları məqam terror hücumlarıdır - 71 faiz. Zika virusuna yoluxma riski səyahətçilərin 49 faizini, vətəndaş müharibəsi - 46, yol qəzaları və tibbi yardımın aşağı səviyyəsi isə 15 faizini narahat edir.

2017-ci ilə hazırlanan xəritədə ən təhlükəli ölkələrin siyahısına (qırmızı rəngdə) Əfqanıstan, Burkina-Faso, Haiti, Qayana, Qvineya Respublikası, İraq, Yəmən, Liviya, Nigeriya, Şimali Koreya, Suriya, Somali, Sierra-Leon, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan daxil edilib.

Ukrayna da daxil olmaqla Şərqi Avropada vəziyyət normal qiymətləndirilib (sarı rəng). Yeganə qeyri-sabit “ada” - Kosovadır.

Azərbaycan, Rusiya, Keniya, bir sıra Asiya və Cənubi Amerika ölkələri bənövşəyi rənglə qeyd olunub: xəritə tərtibatçılarının fikrincə, bu ölkələrdə təhlükəsizlik və səhiyyə xidmətinin səviyyəsi regiondan asılı olaraq dəyişir.

Təhlükəsizlik məsələləri ABŞ, Kanada, Avstraliya, CAR, Yaponiya və Qərbi Avropada ən yüksək səviyyədə (yaşıl rəng) təmin olunub.