"Samsung" da naqilsiz qulaqllığa keçir

02 Yanvar, 2017 12:40 | Həyat Tərzi | Baxış sayı: 65
Samsung naqilsiz qulaqlıqları təqdim edəcək
Samsung naqilsiz qulaqlıqları təqdim edəcək

Qulaqlıq "bluetooth" vasitəsi ilə çalışacaq

"Samsung" “AirPods”a uyğun yeni naqilsiz qulaqlıqlar da təqdim edəcək. Yeni telefonlar naqilsiz olsa da ölçülərinin 3.5 mm olaraq saxlanılması gözlənilir. Qulaqlıq "bluetooth" vasitəsi ilə işləyəcək. 

"İstiPress" "Cnet.com" saytına istinadən xəbər veririr ki, şirkət hələlik yeniliklə bağlı rəsmi açıqlama etməyib.

İstifadəçiləri isə ən çox maraqlandıran bir məsələ var - qulaqlıqların "Samsung S8" modeli ilə birgə satılıb-satılmamasıdır.

Samsung airpods
Samsung airpods

İlk olaraq "Apple", "AirPods" naqilsiz qulaqlıqlardan istifadəyə başlayaıb. Bu, yenilik gec satışa çıxmasına baxmayaraq çox böyük rəğbət görüb. "Samsung" da bazarda öz yerini saxlamaq üçün yeniliyi öz cihazlarında istifadə etmək istəyir.

"Samsung"un yeni telefonları və qulaqlıqları ilə 2017-ci ildə təşkil olunacaq MWC sərgi tanış olmaq mümkün olacaq.