Çində 2300 yaşlı qılınc tapılıb (VİDEO)

02 Yanvar, 2017 13:30 | Həyat Tərzi | Baxış sayı: 62
Yaşı 2300 il olan qılınc
Yaşı 2300 il olan qılınc

Tapıntının Çjanqo dövrünə aid olduğu üzə çıxıb

Çin arxeoloqları yaşı təxminən 2300 il olan qılınc tapıblar. İstiPress-in  “RİA Novostiyə”yə istinadla verdiyi məlumata görə, Çin Beynəlxalq radiosu qılıncın görüntüləri olan video yayıb. Kadrlarda da qılıncın böyük qisminin salamat qaldığı aydın görünür. 

Qılınc Sinyan şəhərində qədim qəbirlərin təhqiqatı zamanı tapılıb. Bu şəhər həm də "Cənubi Çinin şimali və Şimali Çinin cənubi" da adlandırlır.

Çinli alimlərin sözlərinə görə, qılınc çox yaxşı formada qalıb. Labarator analizlər müəyyən ediblər ki, tapıntı Çjanqo dövrünə aiddir.  Çjanqo dövrü Çin mədəniyyətinin qızıl dövrü hesab edilir.

Yaşı 2300 il olan qılınc