Bu il üçün planlaşdırılan ən mühüm kosmos missiyaları

02 Yanvar, 2017 04:57 | Həyat Tərzi | Baxış sayı: 16
Kosmos
Kosmos

“Cassini” planet səthinə indiyədək heç bir zondun yaxınlaşa bilmədiyi maksimal məsafəyə yaxınlaşacaq.

2017-ci ildə kosmik məkanda çoxlu vacib missiyalar nəzərdə tutulub. Mütəxəssislər növbəti ildə həyata keçirilməsi planlaşdırılan çoxlu uçuş və kosmik əməliyyatların yerinə yetirilməsinə hazırlaşırlar.

Kosmik sahədə yaddaqalan hadisə kimi “Cassini” aparatının Saturn planeti halqalarında son 12 ildə davam edən missiyasının başa çatmasını qeyd etmək olar. Alimlər kosmik aparatın toplaya bildiyi informasiyanı, məsələn, səma cisminin halqaları keçilən zaman çəkilən fotoşəkilləri intizarla gözləyirlər. Qeyd etmək lazımdır ki, “Cassini” planet səthinə indiyədək heç bir zondun yaxınlaşa bilmədiyi maksimal məsafəyə yaxınlaşacaq.

Məlumata görə, növbəti ildə, həmçinin Beynəlxalq Kosmik Stansiya ekipajının iştirakı ilə beş ekspedisiya nəzərdə tutulur. Ekspedisiyalar zamanı dörd kosmik agentliyin tərkibinə daxil olan 16 astronavt çalışacaq. Onlardan altı nəfər Rusiyanın “Roscosmos” Dövlət Korporasiyasını, altı astronavt ABŞ Kosmik Agentliyini (NASA), iki ekipaj üzvü Avropa Kosmik Agentliyini və bir nəfər Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyini (JAXA) təmsil edəcək. “SpaceX” şirkətinin aparatı ilə yüklərin göndərilməsi hələ ki dəqiq məlum olmasa da, stansiyaya uçuş qrafikinin tezliklə təsdiqlənəcəyi gözlənilir.

Bundan başqa, “LightSail 2” və “Prox-1” kosmik aparatlarının sınaqlarının keçirilməsi planlaşdırılır. Onlar “SpaceX” şirkətinin rəhbərliyi altında “Falcon Heavy” raketdaşıyıcısı ilə say etibarilə həyata keçiriləcək ikinci uçuş üçün qrafikə daxil ediliblər. Bildirilir ki, bortda gələcəkdə ABŞ Hərbi Hava Qüvvələri üçün faydalı ola biləcək “STP-2” peyk yükü yerləşdiriləcək. “Falcon Heavy” raketdaşıyıcısının 2017-ci ilin ikinci yarısında buraxılması planlaşdırılır. “NASA” saytında dərc edilən son buraxılış qrafikinə görə, “SpaceX” və “Boeing” şirkətlərinin bir sıra buraxılışları 2018-ci ilə təxirə salınıb./ICTNews