3 milyon dollarlıq alt paltarı geyinən "mələk" (FOTO)

01 Dekabr, 2016 11:02 | Həyat Tərzi | Baxış sayı: 41
"Victoria's Secret"ın "mələyi"
"Victoria's Secret"ın "mələyi"

"Victoria's Secret" in "mələkləri" Parisdə heyran edib

Parisdə ilin ən maraqla gözlənilən şoularından biri baş tutdu. İstiPress-in məlumatına görə, söhbət alt paltarları istehsalının lideri olan "Victoria's Secret" brendinnin şousundan gedir. Möhtəşəm nümayişdə iştirak etmək üçün brendin cazibədar "mələkləri" əvvəlcədən Fransa paytaxtına gediblər. 

Bir-birindən cazibədar geyimləri nümayiş etdirən seksual modellər göz oxşayıblar. Onların arasında İrina Şeyk, Adriana Lima, Alessandra Ambrosio, Lili Oldric, Cici Hadid və bir çox digər super modellər olub.

Şouda "Victoria's Secret"in ənənəvi ən bahalı alt geyimi də göstərilib. Bu ilki geyimin dəyəri 3 milyon dollardır. Ledi Qaqa və Bruno Marsın da səhnəyə çıxdığı şouda "Fantasy Bra"nı podiumda bu il Jasmin Tuksun təqdim edib.

Geyimin hazırlanması üçün 9 min ədəd qiymətli daşdan istifadə edilib. Onun hazırlanmasına isə 700 saat lazım olub. Gecəyə damğa vuran yaşıl geyim göz oxşayıb.