Azərbaycanda ov günlərinin sayı artırılıb

01 Noyabr, 2019 15:57 | Həyat Tərzi | Baxış sayı: 50
Ov tüfəngi
Ov tüfəngi

Şənbə və bazar günlərindən əlavə, cümə günü də ov günlərinə aid edilib

Ov günlərinin sayının artırılması ilə bağlı vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyət göstərən “Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurası”nın iclası keçirilib. 

İstiPress-in məlumatına görə, bunu jurnalistlərə Nazirliyin departament direktoru Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ov fəaliyyətinə nəzarətin təşkili, heyvanat aləmi obyektlərindən istifadənin tənzimlənməsi, onların sabitliyinin bərpası məqsədilə ov günləri həftənin şənbə və bazar günləri kimi müəyyən edilmişdir. Lakin son günlər vətəndaşlardan daxil olan müraciətlər nəzərə alınaraq onların istirahət imkanlarının genişləndirilməsi məqsədilə həftənin şənbə və bazar günlərindən əlavə, cümə gününün də ov günlərinə aid edilməsi ilə bağlı iclasda qərar qəbul olunub və rəsmiləşdirilib.