"WhatsApp"ı olanlara pis xəbər - bu gündən...

01 Noyabr, 2018 11:09 | Həyat Tərzi | Baxış sayı: 577
WhatsApp
WhatsApp

Mesajlaşma xidmətinin 3 ana özəlliyindən biri aradan qalxır

Ani mesajlaşma xidməti olan "WhatsApp" istifadəçilərinin heç də xoşuna gəlməyən bir yenilik işə düşür. 

Adıçəkilən xidmətdən dünyada milyarddan çox insan istifadə edir."WhatsApp"ın dünyada belə məşhurlaşmasının altında bir neçə səbəb var  - tədbiqin reklamsız olması, şifrələnmiş mesaj göndərmək imkanı, ödənişsiz olması. İndi bu əsas 3 özəllikdən biri dəyişəcək - reklamsız "WhatsApp" dövrü qapanır.

İstiPress-in məlumatına görə, bu gündən etibarən istifadəçilər artıq "WhatsApp"da da reklam görə biləcəklər. 

Reklamları ilk olaraq iOS istifadəçiləri görəcək, daha sonra isə bu görüntü ilə Android istifadəçiləri də qarşılaşmağa başlayacaq.

Reklamlar hələ görünməsə də bu indidən istifadəçilərin böyük narazılığına səbəb olub. Amma şirkətin əlavə gəlir naminə reklamlardan əl çəkəcəyi də gözlənilmir.