Ofeliya 60 ölkənin nümayəndəsi ilə yarışıb
"Miss Caucasus – Azerbaijan 2017"nin birinci vitse gözəli adına layiq görülən Ofeliya Abbasova top onluğa düşüb. İstiPress-in məlumatına görə, Azərbaycan gözəli Tayvanda keçirilən beynəlxlaq gözəllik və mərhəmət müsabiqəsi - "Global Charity Queen 2018"in qalibləri arasına adını yazdıra bilib.
Bu müsabiqədə 60 ölkənin nümayəndəsi iştirak edib. Ofeliya yarışda dizayner Aygün Talıbovanın geyimində iştirak edib. Müsabiqə çərcivəsində modellər bir sıra xeyriyyə tədbirlərinə, fotossesiyalara, sponsor yarışlarına qatılıblar.