Azərbaycan yenilik - yaylağa yol açılır, nadir heyvanları görmək olacaq

01 Oktyabr, 2019 12:33 | Həyat Tərzi | Baxış sayı: 133
Şahdağ
Şahdağ

Şahdağ Milli Parkında turistlər üçün yeni çığırlar salınacaq

"Eko dəhlizlərin yaradılması layihəsi çərçivəsində Şahdağ Milli Parkında müvafiq işlərə başlanılıb". Bunu Regional Ekoloji Mərkəzin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova deyib.

O bildirib ki, ekoturizm proqramının hazırlanmasında əvvəllər icmalar cəlb olunmayıb. Sonradan onlıar da bu işə cəlb edilib və Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlanıb. Həmin proqram tərkibində ekocığırların inkişafı komponenti də var idi. "Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da həyata keçirəcəyik. Hazırda milli parkda 50-ə yaxın turistik cığırlar var. Bu il ərzində daha iki cığır da salınacaq. Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq. Burada da hər bir turistə nadir və "Qırmızı kitab"a düşən heyvanları görmək nəsib olacaq".