Xərçəngə qalxan olur, ağrıları bıçaq kimi kəsir

01 Sentyabr, 2019 11:27 | Həyat Tərzi | Baxış sayı: 283
Zəncəfil
Zəncəfil

Şərqin ən faydalı ədviyyatı

Şərq təbabəti əsrlərdir özünün faydaları ilə dünyada məşhurdur. Qədim əcdadlarımızdan bu günə kimi gəlib çıxan ən təbii və faydalı məhsullardan biri də zəncəfildir. Zəncəfilin populyarlığı son bir neçə ildə yenidən artmağa başlayıb. 

Bu ədviyyat əsrin ən dəhşətli xəstəliyi olan xərçəngin baş düşmənidir. Minnesota Universiteteində aparılan araşdırmaya görə, zəncəfil xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Təsiri görə bilmək üçün gündə 1-2 damla zəncəfil yağı yetərlidir. 

Ürək bulanmasının 1 nömrəli dərmanıdır. Ondan hətta ağır kimyaterapiya müalicəsi alanlar belə istifadə edə bilər.

Göbələyi yox edir. Dərmanlardan öncə zəncəfillə müalicəni sınamaqda fayda var. 

İnfarkt riskini azaldır. Bununla yanaşı müntəzəm istifadəsi iflicin baş verməsini aradan qaldırmağa kömək edir. 

Tənəffüs çatışmazlığının qarşısını alır.

Revmatizma ağrıları, oynaq və əzələ ağrılarını bıçaq kimi kəsir.