Yeni doğulan körpə "hamilə" çıxdı

01 Avqust, 2017 08:17 | Həyat Tərzi | Baxış sayı: 313
Körpə
Körpə

Onun qarnında başqa döl olub

Hindistanda tibb tarixində qeydə alınan nadir hadisələrdən biri baş verib. Yeni doğulan körpənin qarın boşluğunda başqa bir döl aşkar edilib. Bu onun əkiz qardaşı olub. 

İstiPress-in məlumatına görə, anomaliya hələ iyulda ana USM müayinəsinə düşən zaman aşkar edilib. Lakin həkimlər müdaxilə edə bilmədikləri üçün doğuşu gözləməyi qərara alıblar. Sonradan bəlli olub ki, döl əkiz qardaşının mədəsinin arxasında "gizlənib". 

7 sm ölçüsü olan dölün çəkisi 150 qram olub. Buna baxmayaraq onun beyni, əl və ayaqları inkişaf etməyə vaxt tapıb.

Hind həkimlər parazit embrionu körpənin bədənindən xaric edə biliblər.

Qeyd edək ki, bu hadisə "mbrionda embrion" adlanır və çox nadir hallarda müşahidə edilir -  500 mində bir.