Meyitin suyunu içənlər və çimənlər - FOTO

01 Avqust, 2017 13:40 | Həyat Tərzi | Baxış sayı: 694
Qanq çayı
Qanq çayı

Müqəddəs hesab edilən çay

Qanq - dünyanın ən çirkli çaylarından birincisidir desək bəlkə də yanılmarıq. Buna baxmayaraq sahilində yaşayan hindlilər üçün dünyada bəlkə də ondan müqəddəs çay yoxdur. Onlar Qanqın çirkli sularında nəinki yuyunurlar, həm də onu içirlər. 

Hinduizm inancına görə, nə olursa olsun Qanqın suyu çirklənməz. Məhz bu məntiqlə illərlə heç bir tədbir görülmədən bütün kanalizasiya suları, fabrik-zavod tullantıları  çaya axıdılıb. 

Ən çox tullantı və çirklilik yaradan dəri sənayesi ilə birlikdə çaya gündə 1 milyard litrə yaxın tullantı atılır. Dövlət bunun qarşısını almaq üçün 33 milyon dollar xərcləyib. Amma hələ ki nəticə yoxdur...

Çay ağzına kimi zibillə dolsa, meyitlər, yandırılan insanların külləri bura axıdılsa da, hindular müqəddəs olduğuna inandıqları bu suda hər gün yuyunurlar.

Hindlilər hamilə ikən ölən qadınları, uşaqların meyitlərini çaya atırlar. Dalğaların sahil vurduğu meyitləri isə quşlar parçalayır. 

Bəziləri isə suyu müqəddəs hesab edərək içirlər. Bu isə ölümcül xəstəliklərin əsasıdır. Hər il bu çirkli sular minlərlə insanın ölümünə yol açır.