Türkiyədə meşə yanğınları - turistlər təxliyə olunur

01 İyul, 2019 16:24 | Həyat Tərzi | Baxış sayı: 49
Meşədə yanğın
Meşədə yanğın

Antalya və İzmir meşələri təhlükə altındadır

Türkiyənin Antalya vilayətində meşə yanğınları qeydə alınıb.

Yerli mətbuat yazır ki, Serik rayonunda 5 hektar ərazidə meşələr yanır.

Yanğının qarşısının alınması üçün dörd helikopter cəlb olunub.

Bundan başqa, İzmirdə də meşə yanğınları davam edir. Bu gün İzmirdə iki hoteldən turistlər təxliyə olunub.