Heydər Əliyev Fondu Şəkidə iftar verdi

01 İyun, 2019 10:06 | Həyat Tərzi | Baxış sayı: 23
İftar
İftar

Pirallahıda da iftar süfrəsi açılıb

Heydər Əliyev Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə növbəti iftar Şəki şəhərində və Pirallahıda iftar süfrəçi təşkil edilib. 

Din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və imkansız ailələrdən olan insanların iştirak etdiyi iftar mərasimlərində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb.

Mərasimdə xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün diləklər edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub.