Dünyanın ən kök uşağı ölümlə üz-üzə FOTO, VİDEO

01 İyun, 2017 21:00 | Həyat Tərzi | Baxış sayı: 260

Ölməmək üçün o, tezliklə arıqlamalıdı

11 yaşlı Arya Permana Soemantrinin çəkisi, 6 yaşıdının çəkisinin cəmi qədər idi, yəni, 190,9 kq.

İstiPress  "The Telegraph"-a istinadən xəbər verir ki, zorla ayağa duran və əziyyətlə yeriyən Arya həddən artıq çox yeyirdi. Həkimlər müayinədən sonra onun valideynlərinə demişdilər: “Bu uşaq sürətlə arıqlamağa başlamasa, ölə bilər”.

Arya cərrahiyyə əməliyyatına məruz qalıb və onun mədəsinin 85 faizi kəsilib götürülüb. O zamandan bəri Arya təqribən 31 kq arıqlayıb.

Həkimlərin dediyinə görə, bir il ərzində Arya daha 100 kq arıqlaya bilər.

İndoneziyanın Qərbi Yava əyalətindəki Karavanqa şəhərində yaşayan Arya indi valideynləri Ada və Rokaya Soemantrilərlə birlikdə paytaxt Cakartadadır.

Arya müayinə və müalicə kursu keçir.

Aryanın anası, 35 yaşlı Ada deyir: “Günahkar mənəm. Baş verənlərə görə təəssüflənirəm. Aryanı həddən artıq çox yedizdirmişəm”.

Cərrah Hendi Vinqin dediyinə görə, balaca Aryada ürək xəstəliyinin inkişaf və insult riski var.