Bu kəndin fotolarını çəkmək qadağan edildi FOTOLAR

01 İyun, 2017 09:20 | Həyat Tərzi | Baxış sayı: 318
Berqyün kəndi
Berqyün kəndi

Foto çəkən turistlər cərimə ediləcək

Dünyanın ən gözəl ölkələrindən biri hesab edilən İsveçrədə turistlərə foto çəkmək qadağan edilir. İstiPress-in məlumatına görə, söhbət təbiət gözəllikləri ilə insanı heyran edən Berqyün kəndindən gedir. Kənd admnistrasiyası səyahət edənlərər yaşayış məntəqəsinin fotolarını çəkməyi buraların olduqca gözəl olduğu üçün etmək istəyir.

Ölkənin şərqində, hündür dağlı ərazidə yerləşən kəndin rəhbərləri bu qadağanı səsverməyə də çıxarıblar. "Elmi cəhətdən sübut edilib ki, tətildən olan və sosial şəbəkələrə yerləşdirilən gözəl fotolar onlara baxan insanları bədbinləşdirir. Çünki onlar özləri belə gözəllikləri görməkdən məhrum olublar", deyə turizim ofisinin açıqlamalasında qeyd edilir. 

Yaşayış məntəqəsinin meri Piter Nikolay turistləri bu gözəllikləri öz gözləri ilə görmək üçün Berqyüna səyahət etməyə dəvət edib.

Artıq  turizm üzrə kənd ofisi də fotoları sayt və sosial şəbəkələrdəki səhifələrindən silib. Bundan sonra kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.