Ramazanda nə yeyək?

01 May, 2019 15:40 | Həyat Tərzi | Baxış sayı: 93
Süfrə
Süfrə

Məşhur türk həkimdən oruc tutanlara sağlam qalmaq üçün məsləhət

On bir ayın sultanı hesab edilən Ramazanın başlanmasına sayılı günlər qalıb. Bu il də Ramazan yazın isti havasının hökm sürdüyü günlərə təsadüf edəcək.  Bunun üçün də oruc tutmaq niyyətində olanların sağlamlıqlarına daha çox diqqət etməyi lazımdır. 

Türkiyənin tanınmış həkimlərindən olan Canan Karatay Ramazan ayında sağlam qidalanmaq üçün bir neçə tövsiyyə verib. 

İlk növbədə su istifadəsini artırın. Ramazanda susuz qalmamaqla yanaşı, həqiqi və sağlam protein, karbohidrat qəbulu önəmlidir. Tez acdıran, halsızlaşdıran qidalardan isə uzaq dayanmaq tövsiyyə edilir. 

"İndidən bədəni sulandırmaq lazımdır, yəni adi təmiz qəbulunu artırmaq. Çünki iftara doğru müşahidə edilən baş ağrılarının səbəbi aclıq yox, məhz orqanizmin uzun müddət susuz qalmasıdır. Sağlam yemək qəbul etdikdə onsuz da bədən əlavə tələb etmir. 

Orqanizmin ehtiyaclarını təbii qidalarla ödəyin. Hər insanın tələbatı fərqlidir. İşlənmiş, hazır paket məhsullardan uzaq qalın. Şəkərli, qazlı içkiləri süfrəyə qoymayın". 

Karatay imsaka qalxmadan oruc tutmağın sağlamlıq üçün təhlküəli olacağı barədə xəbərdarlıq edib. 

"İmsakda yumurtaya üstünlük vermək olar. Amma kənd yumurtası. Onun yanında təbii kərə yağı, zeytun, turp, göyərtilər də olması faydalıdır".

Yumurta
Yumurta

İçki kimi isə sudan əlavə şəkərsiz süd, qəhvə, ayran seçmək olar. Bir ovuc çərəz də toxluq hissini artırıb, vitamin balansını qoruyacaq. Pendir və qatıq da Ramazan ayında müntəzəm qəbul edilməlidir.

Orucu şorba ilə açmaq məsləhətdir. Bağırsaqların yaxşı işləməsi üçün bir qaşıq zeytun yağı içmək də olar. Şorbadan sonra bir müddət fasilə verin və növbəti qidaya keçin. 

Növbəti imsaka qədər isə bol-bol su için.