Azərbaycanda məsciddən xeyli ABŞ dolları və rus rublu oğurlandı

01 May, 2018 18:54 | Həyat Tərzi | Baxış sayı: 161
Məsciddə namaz qılanlar
Məsciddə namaz qılanlar

Qonşu rayondan gəlmiş oğrular saxlanıb

Masallı rayonunun Bədəlan kəndindəki Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları və 16400 rus rublu oğurlanıb.

İstiPress DİN-ə istinadən bildirir ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxslər - Cəlilabad rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudov saxlanılıb.

Onlar törətdikləri əməli etiraf ediblər və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.