Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı artıb

01 Aprel, 2019 18:29 | Həyat Tərzi | Baxış sayı: 26
Turist
Turist

Bir ayda bank kartları ilə 85,3 mln. manat xərcləyiblər

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

İstiPress-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin mart buraxılışında qeyd olunub.

Məlumatda deyilir ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 173,6 mln. manat təşkil edib. Cari ilin fevral ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları isə 85,3 mln. manat olub.