Xarici turistlərin qışda axın etdiyi rayon

01 Fevral, 2019 16:58 | Həyat Tərzi | Baxış sayı: 153
Xınalıq
Xınalıq

Onların sayı heç də yay dövründə gələnlərdən az olmur

Yanvar ayında Qubaya ümumilikdə 7200 nəfər yerli və xarici turist gəlib.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 5-7 faiz çoxdur.

Gələn turistlər rayona həm fərdi qaydada və hotellərə müraciət etməklə, həm də görməli yaşayış məntəqələrinə səfər etməklə gələn insanlardır. Bu barədə Quba turizm-informasiya mərkəzindən İstipressin şimal bürosuna məlumat verilib.

Yanvar ayında Qubanın qonaq-qaralı kəndləri də çox olub. Xınalıq, Təngəaltı, Afurca, Qrız, Amsar, Qəleyxudat belə yaşayış kəndlərindəndir.

Yerli sakinlərin verdiyi məlumata görə, təkcə bu ay Xınalığa 100-ə yaxın turist gəlib. Qrız və Qəleyxudat kəndlərinə isə 500 nəfərə yaxın yerli və əcnəbi turist səfər edib.

Bu kəndlərə səfər edənlər gecələməklə yanaşı, qarlı havada gəzintiyə xüsusi üstünlük verən insanlardır və onların sayı heç də yay dövründə gələnlərdən az olmur.