Yük maşınına girdi - arvadı öldü

31 Oktyabr, 2019 18:29 | Hadisə | Baxış sayı: 141
Avtomobil qəzası
Avtomobil qəzası

Yol qəzasında 35 yaşlı qadın dünyasını dəyişdi

Gəndab-Yalama yolunun 10-cu km-də - Şabranın Ağalıq kəndi ərazisində baş verən yol qəzasında 35 yaşlı qadın dünyasını dəyişib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Şabran rayonunun Udulu kənd sakini Vasif İsmayılovun idarə etdiyi Vaz-2106 markalı avtomobillə əks istiqamətdən gələn, 55 yaşlı Xaçmaz sakini Şahin Şirvanlının idarə etdiyi yük avtomobili toqquşub.

Nəticədə "Jiquli"dəki sərnişin, 35 yaşlı Könül Rəsul qızı İsmayılova hadisə yerindəcə ölüb. Sürücü Vasif İsmayılov isə müxtəlif xəsarətlərlə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Ağır qəza faktını  DİN-nin Baş İstintaq  və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb.