Gənc oğlan əmisini və onun dostunu güllələdi

31 Oktyabr, 2019 15:35 | Hadisə | Baxış sayı: 87
Ov tüfəngi
Ov tüfəngi

Kürək nahiyələrindən güllə yarası alıblar

Ağstafa rayonunda gənc oğlan əmisini və onun dostunu güllələyib.

İstiPress-in məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 1989-cu il təvəllüdlü Sərxan Məmmədov 51 yaşlı əmisi Qabil Məmmədovu və onun 60 yaşlı dostu Yusif Əlləcovu odlu silahdan açdığı atəş nəticəsində yaralayıb.

Onlar kürək nahiyələrindən güllə yarası alıblar.

Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.