Rusiyada güllələnən azərbaycanlı gənc kəndlərində dəfn edildi - FOTO

31 İyul, 2019 14:19 | Hadisə | Baxış sayı: 333

Meyiti bu gün səhər Azərbaycana gətirilib

İyulun 28-də Rusiyanın Ivanovo şəhərində - Püşkün meydanındakı "Rokko" adlanan barda gözündən güllələnən azərbaycanlı gəncin meyiti bu gün səhər Azərbaycana gətirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, 28 yaşlı Fazil Saməddin oğlu Balayevin meyiti atası və qohumları tərəfindən Quba rayonunun Talabıqışlaq kəndinə gətirilib.

Rusiyada ticarətlə məşğul olan Fazil Balayev kənd qəbristanlığında dəfn olunub. Mərhum subay idi.