Batumidə yerlilər azərbaycanlı gəncləri bıçaqladı

31 İyul, 2019 12:46 | Hadisə | Baxış sayı: 115
Qanlı bıçaq
Qanlı bıçaq

Şübhəli bilinən şəxs 2001-ci il təvəllüdlüdür

Gürcüstanın Batumi şəhərində kütləvi davada 3 Azərbaycan vətəndaşı bıçaq yarası alıb. 

İstiPress-in məlumatına görə, hadisə Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə nəticəsində baş verib. Azərbaycan vətəndaşları  xəstəxanaya çatdırılıblar.

Vəziyyəti nisbətən ağır olan digər azərbaycanlı turist isə əməliyyat olunub. Həkimlər əməliyyat olunan şəxsin vəziyyətinin sabit olduğunu bildiriblər. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan vətəndaşlarını bıçaqlamaqda şübhəli bilinən şəxsin 2001-ci il təvəllüdlü Gürcüstan vətəndaşı olduğu bildirilir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.