Azərbaycanlı məşhurun olduğu maşın adam öldürdü

31 İyul, 2019 12:26 | Hadisə | Baxış sayı: 231
Emil Abbasov
Emil Abbasov

Piyada hadisə yerində dünyasını dəyişib

Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. 

İstiPress "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə "20 Yanvar" dairəsi yaxınlığında olub. Belə ki, “Silverado” markalı avtomobil körpünün üstündə yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Baku.ws-in məlumatına görə, həmin maşında "Parni iz Baku" KVN komandasının üzvü, “Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.