Toyda "İnfiniti" ilə xuliqanlıq etmiş gənc saxlandı

31 İyul, 2018 16:26 | Hadisə | Baxış sayı: 169
"İnfiniti" toyda xuliqanlıq edir - Qusar
"İnfiniti" toyda xuliqanlıq edir - Qusar

Bir neçə gün əvvəl Qusar rayonunda toy karvanında iştirak edən bir gəncin hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.

İstiPress-ə DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik edən gəncin şəxsiyyəti müəyyənləşdirilib.

Araşdırmalarla, "İnfiniti G35" markalı, 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq etmiş gəncin Məhəmməd Qədimov olması məlum olub.

M.Qədimov Qusar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati qaydada protokol tərtib olunub. Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.

Bir daha qeyd etmək istəyirik ki, toy karvanlarında avtoxuliqanlıq edərək digər şəxslərin həyatını riskə atmaq qəbuledilməzdir və hərəkətlər ətrafdakı insanlara qarşı hörmətsizlik göstəricisidir.

Toyda "İnfiniti" ilə xuliqanlıq - Qusar
Toyda "İnfiniti" ilə xuliqanlıq - Qusar