Azərbaycanda gecə dəhşət yaşandı - bir ailənin 4 üzvü öldürüldü

31 İyul, 2017 07:10 | Hadisə | Baxış sayı: 3966
Meyit tapıldı
Meyit tapıldı

Evə silahlı basqın edən qatil özünü də öldürüb

 Hacıqabulda silahlı isnident baş verib. İstiPress-in Cənub bürosunun məlumatına görə, ​hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb. Baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.

Adıçəkilən küçədəki evlərdən birinə silahlı basqın olub. Nəticədə bir ailənin 4 üzvü öldürülüb. Onlardan biri qadındır.

Qətlə yetirilənlər  - Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır. Ailə üzvlərindən biri isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri araşdırlır.