Gənc qızı avtomobil vurdu

31 May, 2019 20:02 | Hadisə | Baxış sayı: 57
Təcili yardım maşını
Təcili yardım maşını

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Gəncədə 29 yaşlı gənc qızı avtomobil vurub.

İstiPress-in məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 

Belə ki, 1990-cı il təvəllüdlü Günel Məmmədova yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.