Azərbaycanda 24 yaşlı gəncin müəmmalı intiharı

31 May, 2018 17:27 | Hadisə | Baxış sayı: 155
İntihar
İntihar

Şəkidə 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov intihar edib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Axundov küçəsi 126 ünvanında yerləşən ayaqqabı sexində qeydə alınıb.

Həmin ünvanda işləyən Orxan özünü sexin tavanından asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar edilib.

Rayon sakinlərinin Orxanın atasıgil 3 qardaşdır, böyük qardaşları xərçəng xəstəsidir. Şərikli ayaqqabı biznesləri var. Sexdə tikilən ayaqqabılar Şəki, Balakən, Oğuz, Qəbələ və Qaxın rayon bazarlarında satılır. Orxan özü də bu biznesin içində olub. Orxanı mayın 30-da görənlər dalğın baxışlarının olduğunu deyiblər. O, qapını arxadan bağlayaraq özünü asıb. 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.