Qusarda anasını öldürən qısqanc oğul tapıldı

31 Mart, 2020 10:49 | Hadisə | Baxış sayı: 275
Cinayət
Cinayət

Polisdən qaçan 25 yaşlı gənc əmisinin tövləsində gizlənməyə çalışıb

Qusarda anasını öldürən oğul tutulub. İstiPress-in Şimal bürosunun hüquq-mühafizə orqanlarına istinala verdiyi məlumata görə, 25 yaşlı Nail Hacağa oğlu Əhmədov anası 49 yaşlı Raifə Aydabəy qızı Əhmədovanı öldürdükdən sonra çox uzağa gedə bilməyib.

O Xürel kəndində əmisi Səttar Əhmədovun həyətindəki tövlənin damında gizlənibmiş. Bu barədə əmisi Səttar Əhmədov Qusar rayon polis şöbəsinə məlumat verib və Nail Əhmədov polislər tərəfindən yaxalanaraq Qusar rayon prokurorluğunda istintaqa təhvil verilib.

İlkin araşdırma zamanı məlum olub ki, Nail Əhmədov birgə yaşadığı anası Raifə Əhmədovanı  şəxsi mübahisə-qısqanclıq zəminində öldürüb. Bu ehtimallar rayon prokurorluğunda 120.2.4 ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə açılan cinayət işinin istintaqı zamanı tam dəqiqləşdiriləcək.

Xatırladaq ki, qətl hadisəsi martın 27-də baş verib. Hadisədən sonra əmisi Səttar Əhmədova anasını öldürdüyü barədə telefonla məlumat verib.

Səttar Əhmədov hüquq-mühafizə orqanlarına qardaşı oğlunun onların həyətində gizlənməsindən xəbərsiz olduğunu, xəbəri olan kimi dərhal  polisə məlumat verdiyini söyləyib.

Nail Əhmədov subay olub. Anası ilə birlikdə yaşayırmış. Atası Hacağa Əhmədov 10 il əvvəl faciəli hadisə nəticəsində ölüb.