Qusarda "Mercedes" aşdı, ölən var FOTO

31 Mart, 2020 12:18 | Hadisə | Baxış sayı: 214
Qəza
Qəza

Qəza 3 sərnişinin yaralanması ilə nəticələnib

Qusar rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə Qusar-Aşağı Ləyər yolunun 4-cü km-də qeydə alınıb.

28 yaşlı Seymur Rizvanoviç Orucəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Aşağı Ləyər kəndinə avtomaşın qəfildən yolun sağına aşıb. Nəticədə avtomobildəki sərnişin 26 yaşlı Ümid Oqtay oğlu Talıbov yerindəcə ölüb. Sürücü və daha 3 sərnişin - Rəşad Cəlilov, Bəxtiyar Ağabəyov və Maarif Saruxanoviç Daruxanlov müxtəlif xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Fakt Qusar rayon polis şöbəsinin istintaq bölməsində araşdırılır.