Yol qəzasında üç tələbə ölüb, biri xəsarət alıb

30 Noyabr, 2020 12:35 | Hadisə | Baxış sayı: 35
Qəza
Qəza

Azərbaycan Tibb Universitetinin (ATU) üç tələbəsi Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olub.

İstiPress-in məlumatıan görə, bu barədə universitet məlumat yayıb.

"Bu gecə Bakıda baş verən avtomobil qəzası nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbəmiz İlkin Ağamirzəyev isə ağır yaralanıb.

Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVID-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar", - ATU-dan bildirilib.