Prospektdə vurulan piyada öldü

30 Oktyabr, 2019 14:52 | Hadisə | Baxış sayı: 79
Piyada vurulub
Piyada vurulub

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb

Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, qəza oktyabrın 29-da saat 21 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini S.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.