Gənc qadın özünü körpüdən atmaq istəyib

30 Sentyabr, 2018 16:07 | Hadisə | Baxış sayı: 72
İntihar etmək istəyən qız
İntihar etmək istəyən qız

Ailədaxili münaqişə yaranıb və gənc qadın intihara cəhd edib

Tovuz rayonunda intihara cəhd hadisəsi olub.

İstiPressin məlumatına görə, hadisə rayonda yerləşən parkların birinin yaxınlığındakı körpüdə qeydə alınıb.

Gənc qız özünü körpünün üzərindən atmaq istəyib. Lakin polis tərəfindən hadisənin qarşısı alınıb.

İlkin məlumatlara görə, Qovlar şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzova Gülay Sadiq qızı həyat yoldaşının Rusiyaya getməsini istəməyib. Bu səbəbdən ailədaxili münaqişə yaranıb və gənc qadın intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.