Avtobus qəzasında ölənlərin sayı 3-ə çatdı YENİLƏNİB

30 Sentyabr, 2018 16:53 | Hadisə | Baxış sayı: 621
Təcili yardım
Təcili yardım

Bakıdan rayona gedən avtobus "KamAZ"la toqquşdu - 14 yaralı

Bu gün səhər 07.30 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində "Mersedes" markalı yük avtomobili ilə  eyni adlı mikroavtobusun toqquşması nəticəsində  ölənlərin sayı 3-ə çatdı.

İstiPress-in şimal bürosuna DİN-in İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan yol nəqliyyat hadisələrinə dair istintaq və təhqiqat şöbəsindən verilən məlumata görə, bir az əvvəl Bakı sakini, 63 yaşlı Raisa Dmitri qızı Rzayeva xəstəxanada dünyasını dəyişib. Rus əsilli daha bir ölmüş qadının şəxsiyyəti hələ məlum deyil. Onun adının Lyuba olduğu deyilir, amma bu dəqiq deyil.  

Qəzaya uğrayan mikroavtobusun sərnişinləri sentyabrın son günü Qubaya - Qəçreşə istirahətə gedirmişlər. Qəza nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralıdır. Dəhşətli qəzanın səbəbləri araşdırılır.

11:25

Bu gün səhər 07.30 -da Sumqayıt ərazisində baş verən yol qəzasında ölənlərdən birinin şəxsiyyəti məlum olub.

İstiPress-in şimal bürosunun Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsindən əldə etdiyi məlumata görə, qəza nəticəsində dünyasını dəyişən "Mersedes" markalı sərnişin mikroavtobusunun sürücüsü, Qubadlı rayonunun Mahrızlı kənd sakini, 39 yaşlı RövşənTeyyub oğluHəsənovdur. Onun sabah-oktyabrın 1-də 39 yaşı tamam olacaqdı.Hazırda ölən digər qadın sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.Yaralılar Sumqayıt xəstəxanalarına yerləşdirilib.

10:51

Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində "Shacman" markalı yük maşını ilə toqquşub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar.