Bakı yaxınlığında intihar etmək istəyən kişi xilas edildi

30 Sentyabr, 2018 10:37 | Hadisə | Baxış sayı: 65
İntihar cəhdi
İntihar cəhdi

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb

Xırdalanda intihar etmək istəyən şəxs xilas edilib.

İstiPress-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.