Avtomobil yolu qaça-qaça keçən qadını vurub öldürdü

30 Sentyabr, 2018 15:41 | Hadisə | Baxış sayı: 99
Təcili yardım
Təcili yardım

Hadisəni törədən sürücü məsuliyyətə cəlb olundu

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, 1959-cu il təvəllüdlü yerli sakin İbrahimova Sevil Əhmədağa qızı şəhərin 17-ci mikrorayonu ərazisində yolu qaçaraq keçərkən "RAV4" markalı "10-LU-121" dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Hadisəni törədən sürücü Elçin Allahverdiyev məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.